PDF Oxu

Dünya

  • 9

Ottavanın mərkəzinə 30 min mitinqçi yığışmışdır

Ottavanın mərkəzinə 30 min mitinqçi yığışmışdır
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 21-də yaydığı məlumata görə, Kanadanın paytaxtı Ottava şəhrinin mərkəzi meydanında yerləşən hökumət binası qarşısına 30 min nəfərdən çox "Tamil pələngləri" tərəfdarları toplaşmışdır. Onlar yerli hökumətdən Şri-Lanki hökumətinə təzyiq göstərməyi və "Tamil pələngələri"nə qarşı hərbi əməliyyatları dayandırmağı tələb etmişdilər.
"Pələnglər"in etiraz aksiyaları Torontoda iki həftəyə yaxındır ki, davam etməkdədir. Ancaq mitinqçilərin sayı Ottavadakı qədər artmamışdı. Kanada hökuməti nümayişçilərlə görüşməkdən imtina etmişdir. Onlar bunu əsas gətirmişlər ki, Kanada hökuməti 2006-cı ilin aprelindən etibarən "Tamil-İlam azadlıq pələngləri"ni terrorçu təşkilat kimi tanımışlar. Xatırladırıq ki, aprelin 20-də analoji mitinqlər Londonda və Parisdə keçirilmişdir. Fransa hökuməti böyük nümayişçi dəstəsini həbs etmişdir.
Hazırda Kanadada 300 min nəfərdən çox Şri-Lanki mühacirləri yaşayır. Onlar vətənlərini 1980-ci illərdə tərk etmişlər. Malayziya, Myanma,Sinqapur, Böyük Britaniya, İtaliya, ABŞ və eləcə də, digər ölkələrdə böyük Tamil diasporu fəaliyyət göstərir.

Digər xəbərlər