PDF Oxu

Dünya

  • 13

Şimali Koreya Cənubi Koreyanı ərazisinə soxulmaqda ittiham edib

Şimali Koreya Cənubi Koreyanı ərazisinə soxulmaqda ittiham edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 22-də Şimali Koreya Cənubi Koreyanın iki ölkə sərhədində keçirdiyi hərbi xarakterli təxribata görə ittiham etmişdir. Mərkəzi Koreya Yenilik Agentliyinin məlumatına görə, Cənubi Koreya hərbçiləri KXDR ərazisində olan sərhəd dirəyinə sahib çıxıblar. "Gözlənilməz təxribat elə bir vaxtda baş vermişdir ki, cənub və şimal artıq öz aralarında bəzi məsələlərdə konfrontasiya yaratmağa nail olmuşdular. Bu məkrli cinayət Koreya Xalq Ordusunun döyüşçülərinin narahatlığına səbəb olur" deyə rəsmi Koreya agentliyinin məlumatında bildirilir.
Şimali Koreya rəhbərliyi Cənubi Koreyadan tələb edib ki, ciddi bir müdafiə tədbiri görməmiş, dirəyi əvvəlki yerinə qaytarsınlar. Onlar bütün məsuliyyətin Cənubi Koreya təxribatçılarının üzərinə düşdüyünü bildirirlər.
Şimali Koreya BMT-nin Təhlükəsizlik Şurasının raketinin buraxılması ilə əlaqədar ittihamlarına sərt cavab vermişdir. BMT TŞ-nin iqtisadi sanksiya tətbiq edəcəyi təqdirdə, Şimali Koreya müharibə elan etmək məcburiyyətində qalacaqlar.

Digər xəbərlər