PDF Oxu

Dünya

  • 13

Netaniyaqu İsrailin baş nazirinin başlıca vəzifəsinin izahını verdi

Netaniyaqu İsrailin baş nazirinin başlıca vəzifəsinin izahını verdi
"Haaretz" qəzetinin aprelin 20-də yazdığına görə, İsrailin baş naziri Binyamin Netaniyaqu yəhudilər əleyhinə nifrət təzahürlərinə qarşı mübarizə aparmağın yəhudi dövləti və onun baş nazirinin bir nömrəli vəzifəsi olduğunu qeyd etmişdir.
B.Netaniyaqu bundan başqa İran prezidenti Mahmud Əhmədinejadı Xolokostu tanımamaqda qınamış və onu yəhudi dövlətini məhv etmək istədiyinə görə ittiham etmişdir. "Biz Xolokostu rədd edənlərin yəhudi xalqını yenidən məhv etmələrinə yol verməyəcəyik. Bu, İsrail dövlətinin borcudur. Bu, İsrailin baş naziri kimi mənim borcumdur" aprelin 20-də Yerusəlimdə Xolokost qurbanlarının xatirəsinin yad edilməsi mərasimində B.Netaniyaqu bildirmişdir.
İsrailin baş naziri BMT-nin aprelin 20-də Cenevrədə keçirdiyi rasizm üzrə sammitə mənfi münasibətini ifadə etmişdir. B. Netaniyaqu həmin sammitdə yəhudilərə nifrətin nümayiş etdirildiyini bildirmiş və bu iddialara qarşı çıxmadığı üçün dünya ictimaiyyətini qınamışdır. Konfransın birinci günü İran prezidenti İsraili işğal etdiyi Fələstin ərazisində rasist hökuməti yaratmaq cəhdində itiham edərkən, Qərb ölkələrinin nümayəndələri yığıncaq zalını tərk etmişdir. İsrail sammitdə iştirak etməkdən imtina etdikdən sonra ABŞ, Avstraliya, Kanada, Almaniya, Niderland, Polşa və İtaliya nümayəndələri də eyni addımı atmışlar.

Digər xəbərlər