PDF Oxu

Dünya

  • 13

Üç ölkə NATO-nun Gürcüstandakı təlimində iştirak etməkdən imtina edib

Üç ölkə NATO-nun Gürcüstandakı təlimində iştirak etməkdən imtina edib
"Regnum" informasiya agentliyinin yaydığı məlumata görə, Qazaxıstan, Estoniya və Latviya NATO-nun mayın 6-dan iyunun 1-dək Gürcüstan ərazisində keçirəcəyi hərbi təlimlərdə iştirak etməkdən imtina etmişdir. Latviya öz mövqeyini belə əsaslandırmışdır ki, hazırda vəziyyət o tərzdə deyil ki, oraya əlavə əsgər göndərilməsinə ehtiyac olsun. Latviya müdafiə nazirliyinin büro rəhbəri Ayris Rikveylis xüsusi olaraq qeyd etmişdir ki, atılan addım ölkənin maliyyə vəziyyəti ilə bağlı deyil. Qazaxıstan və Estoniya öz etirazlarını əsaslandırmamışlar.
"Regnum"un məlumatına görə, hərbi təlimlərdə 19 NATO ölkəsində 1300 nəfərə yaxın hərbi qulluqçu iştirak edəcək. NATO nümayəndələri unudurlar ki, təlimlər zamanı hərbi texnikadan və silahlardan istifadə edilməyəcəkdir.
Moskva Gürcüstanda keçiriləcək təlimi təxribat adlandırır. Rusiya prezidenti Dmitri Medvedevin dediyinə görə, NATO-nun Gürcüstan ərazisində keçirəcəyi manevrlər NATO-Rusiya münasibətlərində müəyyən mürəkkəbliklər yaradacaqdır.

Digər xəbərlər