PDF Oxu

Dünya

  • 10

Paris nümayişlərində 210 nəfər aksiya iştirakçısı həbs edilib

Paris nümayişlərində 210 nəfər aksiya iştirakçısı həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 20-də Paris polisi Şri-Lankinin Tamil separatçılarını dəstəkləyən 210 nəfər nümayişçini həbs etmişdir.
Parisin Qar-dü-Nord vağzalı yaxınlığına 200-300 nümayişçi yığışıb dövlət əleyhinə sanksiyalaşdırılmamış mitinq keçirirdi. Nümayişçilər özlərini aqressiv aparırdılar. Onlar zibil qutularını çevirir və polis əməkdaşları üzərinə şüşə qablar atırdılar. Qanun pozuntusu nəticəsində dörd nəfər bədən xəsarəti almışdır. Onlardan biri polis əməkdaşı olmuşdur.
Analoji aksiya aprelin 20-də Londonda parlament binası qarşısında keçirilmişdi. Ətraf küçələrə "Tamil pələngləri"nin bir neçə min nəfər tərəfdarı toplaşmışdı. Nəticədə şəhərin mərkəzi küçəsində nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşmüşdü.
"Tamil pələngləri" 2009-cu ildə ələ keçirdikləri kifayət qədər geniş ərazi üzərində nəzarəti itirmişlər. Bu ilin yanvarında hökumət qoşunları "pələnglər"in paytaxt şəhəri Kilinoççiyə girmişdir. Tezliklə üsyançılar nəzarətləri altında olan Mullaittivu şəhərini də itirmişlər. Şri-Lanki hökuməti separatçılarla danışıqlara girməyərək, onlardan silahı yerə qoymağı tələb etmişdir.

Digər xəbərlər