PDF Oxu

Dünya

  • 7

Şimali Kiprin parlament seçkilərində millətçilər qalib gəlib

Şimali Kiprin parlament seçkilərində millətçilər qalib gəlib
"Assosşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 19-da  keçirilmiş Şimali Kipr Respublikasının parlament seçkilərində millətçi partiya qalib gəlmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Sağ Milli Birlik Partiyası 44 faiz seçici səsi qazanmışdır. Türk Mərkəzçi Respublikaçı Partiyası 29 səs toplaya bilmişdir. Üçüncü yeri 10,7 faiz səslə Mühafizəkar Demokrat Partiyası tutmuşdur.
Sağ Milli Birlik Partiyası Şimali Kipr parlamentindəki 50 yerdən 20-sini qazanaraq müstəqil surətdə hökuməti formalaşdırmaq hüququ qazanacaqdır. Əvvəl 25 deputat mandatına malik olan Türk Mərkəzi Respublikaçı Partiyası cəmi 15 deputat yeri ilə kifayətlənməli olacaqdır.
Millətçi partiyaların parlament seçkilərində qələbə qazanacaqlarını proqnozlaşdıran politoloqlar ehtiyat edirlər ki, hakimiyyətə gəlişi ilə onlar iki Kipr respublikasının BMT-nin bayrağı altında birləşməsi yönündə aparılan danışıqlara maneçilik törətsinlər. Ancaq Sağ Milli Birlik Partiyasının lideri Dərviş Əroğlu seçkilərin nəticələri elan olunduqdan sonra belə bir bəyanat vermişdir ki, birləşmə yönündə aparılan danışıqlar davam etdirilməlidir.
1974-cü ildə yunan Kiprində baş vermiş hərbi çevriliş nəticəsində hakimiyyətə Nikos Sampson gəlmişdir. O, adanın birləşməsi yönündə mübarizə aparırdı. N.Sampson hakimiyyətə gəldikdən sonra Türkiyə Kiprin şimal hissəsinə ordu yeridərək, faktik olaraq, adanı iki yerə - türk Kiprinə və yunan Kiprinə ayırdı. 1983-cü ildə Şimali Kipr Respublikası öz müstəqilliyini elan etmişdir.  Onun müstəqilliyini yalnız Türkiyə tanımışdır. Kipr Yunan Respublikası dünya ictimaiyyəti tərəfindən tanınmışdır və 2004-cü ildən Avropa Birliyinin üzvü hesab edilir.
BMT-nin Kiprin birləşdirilməsi yönündə işləyib hazırladığı plan 2004-cü ildə adanın hər iki hissəsində referenduma çıxarılmışdır. Kipr türkləri planı dəstəkləmiş, Kipr yunanlar isə təkcə səs çoxluğu ilə planın əleyhinə çıxmışlar. Adanın yunan hissəsinin əhalisi belə hesab edir ki, BMT Kipr türklərinə böyük üstünlük verir. Adanın birləşdirilməsi haqqında danışıqlar 2008-ci ildə bərpa edilmişdir.

Digər xəbərlər