PDF Oxu

Dünya

  • 12

Rafik Həririnin qətlində şübhəli bilinən şəxs Dubayda həbs edilib

Rafik Həririnin qətlində şübhəli bilinən şəxs Dubayda həbs edilib
"Assosişeyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Livanın keçmiş  baş naziri Rafik Həririnin qətlində suçlu bilinən bir nəfər Dubayda həbs edilmişdir. Məlumatı  agentliyə Birləşmiş Ərəb Əmirliklərinin diplomatik nümayəndəliyi ötürmüşdür.
Həbs edilmiş Məhəmməd Zuhayir Siddik Suriya xüsusi xidmət orqanının əməkdaşı hesab edilir. R.Həririnin qətlinin təhqiqatı ilə məşğul olan BMT komissiyasının məruzəsində Siddikinin Livanın keçmiş baş nazirinin qətlində əli olduğu bildirilirdi. Əvvəl bu şəxs R.Həririyə qəsd edilməsi ilə əlaqədar prosesdə şahid kimi çıxış edirdi. Ancaq sonralar məlum oldu ki, Siddik  qətlin birbaşa iştirakçısıdır. 2005-ci ilin oktyabrında Siddik Fransada ev dustağı edildi. 2008-ci ilin martında o, Fransa ərazisində gizlənməyə müvəffəq oldu.
Nəhayət, Siddik bu il aprelin 17-də Dubayda ələ keçdi. Dəməşq həmin şəxsin ekstradisiyasına çalışır. Siddikini yalan ifadə verməkdə suçlu bilirlər. Livanın keçmiş baş naziri R.Hərriri 2005-ci ilin 14 fevralında Beyrutda qətlə yetirilmişdi. Partlayış R.Həririnin avtomobilinə mina bərkidilərək törədilmişdir. Partlayış nəticəsində R.Həriridən başqa 22 nəfər həlak olmuşdu.

Digər xəbərlər