PDF Oxu

Dünya

  • 10

“Əl -Kaidə” liderlərinən biri Obamaya məsləhət verib

“Əl -Kaidə” liderlərinən biri Obamaya məsləhət verib
"Assosişeyted Press" informasiya agentliyinin aprelin 20-də yaydığı məlumata görə, "Əl-Kaidə" terrorçu qruplaşmasının liderlərindən biri olan Ayman əl-Zəvahiri ABŞ obrazının islam aləmində münasib tərzdə təşviq etməyi Barak Obamaya tövsiyə etmişdi.
Ayman əl-Zəvahiri 2001-ci ilin 11 sentyabrında ABŞ-da terror aktlarını təşkil edən şəxslərdən biri hesab edilir. Yeni videomüraciətlə çıxış edən əl-Zəvahiri B.Obamanın alçaldılmış və təhqir edilmiş müsəlmanların gözündə ABŞ-ın imicini indiyədək qaldıra bilmədiyini söyləyir. "ABŞ Pakistanda, İraqda və Əfqanıstanda müsəlmanları öldürməkdə davam edir. Bu ölkə müsəlmanların sərvətini talayır, onların torpaqlarını zəbt edir və yaratdığı korrupsioner rejimlərin başında satqınları oturdur" deyə əl-Zəvahiri bildirir.
Əvvəl əl-Zəvahiri Qəzza bölgəsində fələstinlilərə qayğı göstərdiyi üçün Obmaya öz təşəkkürünü bildirmişdi. Əl-Zəvahiri B.Obamanın prezident postuna seçilməsini şərh edərkən demişdi ki, "o, ağdərili amerikalıların maraqlarına xidmət edən zənci-nökərdir".

Digər xəbərlər