PDF Oxu

Dünya

  • 4

Həbs edilmiş Somali dəniz qulduru ABŞ-da mühakimə ediləcək

Həbs edilmiş Somali dəniz qulduru ABŞ-da mühakimə ediləcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 12-də Somali sahillərində kapitan Riçard Fillipsin azad edilməsi ilə bağlı keçirilən əməliyyat zamanı ələ keçmiş dəniz qulduru Abdulvali  Musa ABŞ məhkəməsi qarşısında cavab verəcəkdir.
19 yaşlı A.Musa dörd dəniz quldurundan ibarət qrupa başçılıq etmişdir. Aprelin 8-də onun qrupu ABŞ-a məxsus "Maresk Alabama" konteyner daşıyan gəmiyə hucum etmiş və kapitan R.Fillipsi girov götürmüşdür. Dənizçilər bir neçə gün dalbadal dəniz quldurları ilə danışıqlar apararaq, kapitanı azad etmək istəmişlər. Aprelin 10-da hadisə yerinə ABŞ-a məxsus "Beynbric" gəmisi, "Heliberton" raket freqatı və "Boksyor" universal desant gəmisi yaxınlaşmışdır. Aprelin 12-də R.Fillipsin azad edilməsi ilə əlaqədar keçirilən əməliyyat nəticəsində üç dəniz qulduru öldürülmüş, A.Musa isə əsir götürülmüşdür.
Aprelin 15-də ABŞ-ın dövlət katibi Hillari Klinton Somali sahilərində dəniz quldurları ilə mübarizə planı haqqında söhbət açmışdır. Onun dediyinə görə, ABŞ quldarların maliyyə kanalının bağlanmasına çalışacaq və quldurlar əleyhinə mübarizə aparan ölkələrin nümayəndləri ilə mütəmadi əlaqələr saxlayacaqdır.
2008-ci ilin iyununda BMT Təhlükəsizlik Şurası Somali quldurlarına qarşı mübarizə aparmaq üçün Avropa Birliyi ölkələrinin hərbi gəmilərinin göndərilməsi haqda qərar qəbul etmişdir. Bundan sonra ABŞ, Rusiya, İspaniya, Kanada, Fransa, Hindistan, Cənubi Koreya və digər ölkələr Ədən körfəzinə öz hərbi gəmilərini göndərmişlər.
2009-cu ilin aprelindən etibarən Somali dəniz quldurları on gəmini ələ keçirmişlər.

Digər xəbərlər