PDF Oxu

Dünya

  • 14

Regionlar Partiyasının deputatları Radanı blokadaya alıb

Regionlar Partiyasının deputatları Radanı blokadaya alıb
"Obkom" qəzetinin yazdığına görə, Regionlar Partiyasının 15 deputatı Ali Radanı blokadaya almışlar. Partiyanın səkkiz millət vəkili isə idarə heyətinin ətrafına toplaşmışlar. Sessiya zalından idarə heyətinə aparan giriş qapısı stulla bağlanmışdır. Viktor Yanukoviç tərəfdarlarının nəyə nail olmaq istədikləri, hələlik, məlum deyil. Yuliya Timoşenko Blokunun üzvləri səhərə yaxın Radanın idarə heyətinin və baş tribunanın blokadasını dayandırmışdılar. Regionçular, sadəcə olaraq, onları əvəzləmişlər. Yuliya Timoşenko Blokunun deputat fraksiyasının üzvü Andrey Sençenko atdıqları addımı belə xarakterizə etmişdir: "Fraksiyanın yığıncağında belə bir qərar qəbul edilmişdir ki, Rada konstruktiv tərzdə işini davam etdirməlidir və bu səbəbdən də, biz blokadanı götürdük." O, əmin olduğunu bildirmişdir ki, tezliklə müvvəqqəti parlament komissiyası yaradılacaq və keçmiş xalq deputatı İqor Plujnikovun ölmünün səbəbləri müəyyənləşdiriləcəkdir.

Digər xəbərlər