PDF Oxu

Dünya

  • 7

İraqın Anbar əyalətində terror aktı törədilib

İraqın Anbar əyalətində terror aktı törədilib
"BBC Nyus" informasiya agentliyinin aprelin 16-da yaydığı məlumata görə, İraqın Anbar əyalətində ki, hərbi baza da kamikadze üzərinə bərkitdiyi partlayıcı qurğunu işə salmışdır. Nəticədə 16 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdır.
"Assoşieyted Press" informasiya agentliyinin əldə etmiş olduğu məlumata görə, kamikadze Xabaniyyə şəhəri ərazisində Anbarın yeməkxanasına gedən hərbi qrupa qoşulmuş və orada üzərindəki "şəhid kəməri"ni işə salmışdır. "Röyter"in məlumatına görə, ölənlər və yaralanlar haqqında verilən məlumat ilkindir və onların sayı arta bilər.
Partalayışın baş verdiyi baza İraq və ABŞ hərbçiləri tərəfindən birgə istifadə edilirdi. Kamikadzelər əvvəllər də yerli hərbçilərə və polis əməkdaşlarına hücum edirdilər. Mart ayında terrorçu Bağdadın polis akademiyasının giriş qapısında özü ilə birlikdə 28 nəfərin həyatına son qoymuşdur. Analoji terror aktı 2008-ci ilin avqustunda İraqın mərkəzi şəhəri Calaulada baş vermişdi. Həmin vaxt 28 nəfər həlak olmuşdur. 2008-ci ilin iyulunda Baakuba şəhərindəki hərbi bazada iki kamikadze 20 nəfərin ölümünə səbəb olmuşdur.

Digər xəbərlər