PDF Oxu

Dünya

  • 11

Hindistanın parlament seçkilərində terror aktı törədilib

Hindistanın parlament seçkilərində terror aktı törədilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Hindistanda parlament seçkilərinin birinci günü Carkxand ştatında maoçular terror aktı törətmişlər. Nəticədə 9 nəfər həlak olmuşdur. Onlardan 7 nəfəri seçki məntəqələrini mühafizə edən hökumət nümayəndələri olmuşdur.
Hadisə aprelin 16-da ştat mərkəzinin 140 kilometrliyində yerləşən Latehar dairəsində baş vermişdir.  Bir gün əvvəl bu ərazidə baş vermiş silahlı toqquşma nəticəsində Hindistan ordusunun iki hərbi qulluqçusu və beş silahlı öldürülmüşdür.
Carkxand mao üsyançı fəallarının başlıca mərkəzi hesab edilir. Ştatdan ölkə parlamentinə 14 nümayəndə göndərilir. Hindistan parlamentində 543 nümayəndə yeri olduğu məlumdur. Hindistan maoçularının dediklərinə görə, onlar torpaqsız qalmış yerli  fermerlərin hüquqlarının bərpası uğrunda mübarizə aparırlar.
Lok Sabha adlanan Hindistan parlamentinin aşağı palatasına seçkilərdə 714 milyon seçici iştirak edəcəkdir. Elektoratın çoxluğunu nəzərə alan hakimiyyət orqanları seçkiləri beş mərhələyə ayırmışlar. İlk mərhələ aprelin 16-da,  ikinci aprelin 22-23-də, üçüncü aprelin 30-da, dördüncü mayın 7-də, beşinci  isə mayın 13-də keçiriləcəkdir.
Seçkinin nəticələri mayın ortalarında elan ediləcəkdir. Yeni hökumət isə, iyunun 2-də işə başlayacaqdır.  "Vall Street Journal"ın yazdığına görə, seçkilərdə ölkənin etnik və regional tərkibini ifadə edən minədək siyasi partiya iştirak edir. Seçkilərdə iştirak edən partiyaların başlıca  rəqibi vaxtilə Mahatma Qandi və Cəvahirləl Nehrunun başçılıq etdiyi "Hindistan Milli Konqresi"dir. Bu partiya ilə müxalifətdə duran millətçi Hindistan Xalqı Partiyası induist əhali arasında xüsusi rəqabət qazanmaqdadır.

Digər xəbərlər