PDF Oxu

Dünya

  • 13

Gürcüstan müxalifəti “xalq drujinalar”ı yaradır

Gürcüstan müxalifəti “xalq drujinalar”ı yaradır
"Qruziya Online"nin yaydığı məlumata görə, Gürcüstan müxalifətinin fəalları özünümüdafiə "xalq drujinalar"ı yaradırlar. Bu drujinalar gecələr etiraz aksiyası keçirənlərin təhlükəsizliyini təmin edəcəklər. Agentlik bu məlumatı Gürcüstanın Mühafizəkar Partiyasının nümayəndəsi Bidzin Qucabidzenin bəyanatından götürümüşdür. Müxalifət nümayəndəsinin dediyinə görə, bu özünümüdafiə dəstələrinin heç bir silahı yoxdur. Bununla belə, o, etirazçıları silahlı hücumlardan qorumağın mümkünlüyünü də vurğulamışdır.
Aprelin 9-da Tbilisidə kütləvi etiraz aksiyaları başlayarkən, müxalifətçilər bir neçə dəfə naməlum şəxslərin hücumlarına məruz qalmışlar. Qarşıdurmalar zamanı 20 nəfərədək nümayişçinin xəsarət aldığı bildirilir. Silahlı hücumlar, əsasən, gecələr təşkil edilirdi. Aprelin 14-də "Koka-Kola Bottlers Georgiya" kompaniyasının baş direktoru Vaxtanq Lagidze və müğənni Zurab Mancavidze mintinqdən qayıdarkən hücuma məruz qalmışlar. Aprelin 12-də əllərində rezin dəyənəklər olan adamlar müxalifətin parlament binası qarşısındakı mətbuat mərkəzini darmadağın etmişdilər.
Mitinq təşkilatçıları belə hesab edirlər ki, təxribatları hökumətin güc strukturları törədir. Hazırda nümayiş iştirakçılarının başlıca tələbi Mixail Saakaşvilinin istefasıdır. Gürcüstan prezidenti isə istefaya çıxmayacağını dəfələrlə bəyan etmişdir.

Digər xəbərlər