PDF Oxu

Dünya

  • 10

Moldova prezidenti mitinqlərdə qanun pozuntusu törədənlərə aministiya verilməsini təklif edib

Moldova prezidenti mitinqlərdə qanun pozuntusu törədənlərə aministiya verilməsini təklif edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova prezidenti Vladimir Voronin aprelin 15-də ölkənin hüquq-mühafizə orqanı əməkdaşlarından Kişinyovda törədilmiş qanun pozuntusu iştirakçılarını azadlığa buraxmağa çağırmışdır. "Xahiş edirəm ki, küçə etiraz aksiyalarında iştirak edənlərin təqibi dayandırılsın və hamısına ümumi amnistiya verilsin" deyə V.Voronin bildirir. Moldova prezidenti amnistiyanın yalnız ölkənin adi vətəndaşlarına şamil edilməsini təklif edir. "Ölkədə mürəkkəb vəziyyət yaratmış residivistlər və kriminal aləm nümayəndələri azadlıqdan məhrumedilmə yerlərində qalsınlar" deyə Moldova prezidenti qeyd edir. Aprelin 15-də hüquq-mühafizə orqanı əməkdaşları jurnalist Natalya Morarı ev dustağı etmişlər. Amnistiyanın ona şamil ediləcəyi məlum deyil.

Digər xəbərlər