PDF Oxu

Dünya

  • 12

Əhmədinejad BMT-nin konfransında rasizmi ittiham edəcək

Əhmədinejad BMT-nin konfransında rasizmi ittiham edəcək
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad BMT-nin rasizmə həsr edilmiş BMT-nin insan hüquqları üzrə konfransında iştirak edəcəkdir. BMT nümayəndəsi Mari Eze məlumatın doğruluğunu təsdiq etmişdir.
Konfransda İran prezidentindən başqa daha üç dövlət başçısı - Şərqi Timor, Toqo və Çernoqoriya prezidenti də iştirak edəcəkdir. Digər iştirakçı ölkələr xarici işlər nazirliyinin nümayəndəsini göndərəcəkdir. Görüşdə İslam Konfransı Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu da iştirak edəcəkdir.
Nəzərdə tutulan forumda 2001-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş analoji konfransın deklarasiyasının nəticələrinə yenidən baxılacaqdır. Durban görüşünün iştirakçıları sionizmi rasizmlə bərabər səviyyədə tutan əsasnamə layihəsi qəbul etmişlər.
Analoji konfranslar sionizm əleyhinə  yönəldilsə də, Durban görüşündə bu məqsədə nail olunmadı. İsrail və Kanada 2001-ci il hadisəsinin təkrarlanmasından ehtiyat edərək, növbəti konfransı boykot etməyə hazırlaşırlar. Hər iki dövlət konfransda yəhudi dövlətinin hədəfə götürüləcəyindən ehtiyat edir. ABŞ administrasiyası konfransda öz nümayəndəsi ilə iştirak edəcəkdir.
Növbəti konfrans BMT-nin Cenevrədəki mənzil-qərargahında 20-24 apreldə keçiriləcəkdir. İsraili ən çox tənqid edən İran prezidenti yenidən öz mövqeyini müdafiə edəcəkdir.

Digər xəbərlər