PDF Oxu

Dünya

  • 13

Quantanamo məhbusu “Əl-Cəzirəyə” döyüldünü danışıb

Quantanamo məhbusu “Əl-Cəzirəyə” döyüldünü danışıb
ABŞ-ın Quantanamo hərbi bazasının həbsxanasının məhbusu "Əl-Cəzirə" telekanalına zəng edib, onu vəhşicəsinə döydüklərini bildirmişdir. Məhbus Məhəmməd əl-Qaraninin dedikləri telekanalın saytında dərc edilmişdir. Məhbusun dediyinə görə, həbsxana işçiləri rezin dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edərək, onu kameradan çıxmaq istəməməsinə görə cəzalandırmışlar. O, döyülmə tarixi kimi Barak Obamanın prezident postuna oturmasından 20 gün əvvəli göstərmişdir.
Prezident kürsüsündə əyləşdikdən sonra B.Obama terrorçuluq əleyhinə mübarizə aparmayacağını bildirərək Quantanamo həbsxanasının bağlanması haqda sərəncam imzalamışdır. Çad vətəndaşı əl-Qaraninin dediyinə görə, o vaxtdan etibarən məhbusların həyatında müsbətə doğru heç bir dəyişiklik olmamışdır. 21 yaşlı məhbusun özünü isə hər gün işgəncələrə məruz qoyurlar.
Hazırda Quantanamo həbsxanasında 240 nəfərə yaxın məhbus saxlanılır. Onlar "Əl-Kaidə" və "Taliban" terrorçu qruplaşmaları ilə əlaqədə suçlu bilinirlər. Bu ilin yanvarında məhkəmə Pakistanda həbs edilmiş əl-Qaraninin azadlığa buraxılması haqda qərar qəbul etsə də, məhbus indiyə qədər həbsxanada qalmaqdadır. Əl-Qarani həbs edilərkən, 14 yaşında olmuşdur.

Digər xəbərlər