PDF Oxu

Dünya

  • 13

Türkiyənin qərbində hərbi təyyarə qəzaya uğrayıb

Türkiyənin qərbində hərbi təyyarə qəzaya uğrayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 14-də Türkiyənin qərbində yerləşən Balıkesir əyalətində hərbi təyyarə qəzaya uğramışdır. Balikesir əyalətinin qubernatorunun məlumatına görə, bortunda iki pilot olan hərbi təyyarə baza yaxınlığında yerə düşmüşdür. Təyyarənin düşdüyü yerə xilasedicilər qrupu göndərilmişdir. İlkin məlumata görə təyyarə məşq planı üzrə uçuş həyata keçirirdi.
Qubernator təyyarənin növü haqda  heç bir məlumat vermək istəməmişdir. Pilotların taleyi haqda da məlumat verilmir. Ehtimal olunur ki, qəzaya uğramış təyyərə Türkiyənin hərbi-hava qüvvələrinin tərkibində olan 30 F-4-dür. Türkiyə bu  təyyarələri 1950-ci illərin axırlarında ABŞ-dan almışdır.
2009-cu ilin 17 martında Türkiyənin hərbi-hava qüvvələrinə məxsus F-4 qırıcı təyyarəsi Konya əyalətində qəzaya uğramışdı. O zaman pilot paraşütlə tullanmağa macal tapmışdı.

Digər xəbərlər