PDF Oxu

Dünya

  • 8

Fidel Kastro Obamanın “ianə”sindən imtina edib

Fidel Kastro Obamanın “ianə”sindən imtina edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kubanın keçmiş lideri Fidel Kastro ABŞ prezidenti Barak Obamanın Kubanın üzərinə qoyulan sanksiyaları qismən yumşaltması haqda verdiyi sərəncama öz etirazını bildirmişdir. F.Kastro Kubanın "ianə"yə ehtiyacı olmadığını bildirib, Ağ Evdən Kuba üzərindən sanksiyanı tamamilə götürməyi tələb etmişdir. "Sanksiyaların içərisində ən pisi ticarət embarqosu olmuşdur ki, yeni sərəncamda bu haqda heç nə deyilmir" deyə F.Kastro qeyd etmiş və Obamanın öz istedadını daha konstruktiv siyasi dairədə istifadə etməyi məsləhət görmüşdür. Aprelin 14-də ABŞ prezidenti B.Obama Kuba üzərində sanksiyaların qismən götürülməsi üçün sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Kubada qohumları olan ABŞ vətəndaşları ildə bir dəfə onları yoluxa bilərlər. Corc Buşun vaxtında ABŞ vətəndaşları Kubaya üç ildə bir dəfə gedə bilərdilər. Bundan başqa Obama administrasiyası ABŞ telekommunikasiya kompaniyalarına Kuba əhalisinə pullu xidmət göstərməyə icazə vermişdir. ABŞ hökuməti Kuba üzərinə sanksiyanı 1962-ci ildə Karib böhranından sonra tətbiq etmişdir. Bundan başqa BMT dəfələrlə ABŞ-a müraciət edib sanksiyanı ləğv etməyi xahiş etmişdir. Vaşinqton rəhbərliyi isə hər dəfə bu fikrə etirazını bildirmişdir.

Digər xəbərlər