PDF Oxu

Dünya

  • 10

Rusiya Şimali Koreyadan danışaqlara getməyi xahiş edib

Rusiya Şimali Koreyadan danışaqlara getməyi xahiş edib
Rusiyanın Xarici İşlər Nazirliyi Koreya hökumətindən xahiş etmişdir ki, nüvə proqramı üzrə altıtərəfli danışıqlarda iştirak etsin. Moskvanın başlıca məqsədi Şimali Koreya rəhbərliyinin BMT TŞ-nin qərarına əməl etməsi və danışıqlar stolu ətrafına qayıtmasını təmin etməkdir.
Şimali Koreyanın əməli BMT TŞ-nin xüsusi yığıncağında ittiham edilmişdir. BMT TŞ üzvləri Şimali Koreyanın əlavə peyk raketinin buraxılmasına öz etirazlarını bildirmişlər. Cənubi Koreya, Yaponiya və ABŞ ehtiyat edirdilər ki, Pxenyan kosmosa süni peyk buraxmaq əvəzinə ballistik raketinin sınağını keçirsin. BMT TŞ-nin etirazına cavab olaraq, Şimali Koreya hökuməti aprelin 14-də səhər plutonium silahı istehsal edən nüvə proqramını bərpa etdiyini bildirmişdir. Pxenyan bəyan etmişdir ki, BMT TŞ-nin qəbul etdiyi sənədi rədd edir və rəsmi olaraq, altıtərəfli danışıqlardan çıxır.
Rusiyadan sonra Şimali Koreyanın qərarını Çin və Yaponiya pisləmişdir. Pekin maraqlı tərəflərin hamısını sakitliyi bərpa etməyə çağırmış və danışıqlar prosesinin bərpa olunması üçün qüvvələri birləşdirməyi təklif etmişdir. Yaponiya isə Pxenyana məsləhət görür ki, altıtərəfli danışıqlara qoşulsun.

Digər xəbərlər