PDF Oxu

Dünya

  • 14

İtaliyada güclü yeraltı təkan qeydə alınıb

İtaliyada güclü yeraltı təkan qeydə alınıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 14-də gecə yarısı İtaliyanın mərkəzi hissəsində yeni yeraltı təkan qeydə alınmışdır. Seysmoloqların məlumatına görə, yeni yeraltı təkan Abrutstso regionunda baş vermişdir. Məlum olduğu kimi, aprelin 6-da bu regionda dağıdıcı zəlzələ baş vermiş və nəticədə 300 nəfərə yaxın insan həlak olmuşdur. Yeni yeraltı təkanın maqnituda gücü Rixter  şkalası üzrə 5 bal olmuşdur.
RİA "Novosti"nin məlumatına görə, yeraltı təkan Romada hiss edilmişdir. Agentlik xəbər verir ki, bazar ertəsi maqnituda gücü Rixter şkalası üzrə dörd bala yaxın olan daha bir zəlzələ qeydə alınmışdır. Xilasedicilərin dediklərinə görə, yeni yeraltı təkanlar əhali üçün təhlükə törətmək gücündə deyildir. Əhali seysmik təhlükəli ərazilərdən çıxarılmışdır. Bununla belə yaraltı təkanlar yeni ölümlərə səbəb olmuşdur.

Digər xəbərlər