PDF Oxu

Dünya

  • 9

Tailand müxalifəti Banqkokda etiraz aksiyasını dayandıracağını vəd edib

Tailand müxalifəti Banqkokda etiraz aksiyasını dayandıracağını vəd edib
"Frans Press" informasiya agentliyinin aprelin 14-də yaydığı məlumata görə, Banqkokdakı kütləvi etiraz aksiayası ordu hissələri ilə qarşıdurmaya səbəb olduğuna görə, naməlum müddətədək təxirə salınacaqdır. Tailand müxalifətinin lideri Pratip Unqsonqtam Xata məlumatın doğruluğunu təsdiq etmişdir. "Biz bir yerə yığışıb belə bir qərar qəbul etdik ki, müəyyən müddət dağılışıb evimizə gedək" deyə U.Xata bildirmişdir. O, qeyd etməyi lazım bilmişdir ki, ölkənin keçmiş baş naziri Taksin Çinavatın tərəfdarları polisə təslim olmaq fikrində deyillər və etiraz aksiyasının dayandırılmasının səbəbi qurbanların çoxluğundan qaçmaqdır.
Müxalifətin bəyanatı Tailand ordusu hökumət binası ətrafında barrikadalar qurmuş 2000 nəfərə yaxın nümayişçini mühasirəyə aldıqdan sonra səslənmişdir. Banqkok müxalifətinin mitinqi aprelin 12-də başlanmışdır. Ölkədə fövqəladə vəziyyət elan edilmiş, küçə və meydanlara ordu qüvvələri yeridilmişdir. Tailand hərbçiləri aprelin 13-də nümayişçiləri qovmaq üçün onlara odlu silahdan atəş açmışlar. Nümayişçilər cavab olaraq hərbçilərin üzərinə içərisində yanar maddə olan şüşə qablar və daş atmışdır. Qarşıdurma nəticəsində 113 nəfər bədən xəsarəti almışdır. Onların 23 nəfəri polis əməkdaşı olmuşdur. İki nəfərin həlak olduğu haqda məlumat verilir. Nümayişçilərin hərbçilərdən birini güllədikləri haqda xəbər yayılmışdır.

Digər xəbərlər