PDF Oxu

Dünya

  • 13

Moldova MSK-sı seçici səslərini hesablayır

Moldova MSK-sı seçici səslərini hesablayır
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyası aprelin 5-də keçirilmiş parlament seçkilərinin nəticələrini bir gün ərzində hesablayıb başa çatdıracaqdır. Moldova MSK-nın sədri Yevgeni Ştirbanın dediyinə görə, səslər aprelin 15-də hesablanacaq. Protokollar MSK-ya yaxın saatlarda çatdırılacaqdır.
Aprelin 7-də iqtidarda olan Moldova  Kommunist Partiyasının qələbəsindən narazı qalan müxalifətçilər Kişinyovda qanun pozuntusu törətmişlər. Moldova prezidenti Vladimir Voronin aprelin 10-da müxalifətçilərə güzəştə gedib səslərin yenidən hesablanması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə MSK-ya 9 gün vaxt vermişdir.
Martın 5-də MSK elan etmişdir ki, Moldova kommunistləri 49,91 faiz səs qazanmışdır. Bu səs kommunistlərə parlamentdə yerlərin əksəriyyətini tutmağa imkan verirdi. Moldova qanunçuluğuna əsasən, parlamentdə əksər səs qazanmış partiya növbəti prezidenti seçmək hüququndadır. Moldova seçkilərində iştirak edən beynəlxalq müşahidəçilər qanun pozuntusu müşahidə etmədiklərini bildirmişlər. Bununla belə ölkə müxalifəti hakimiyyəti saxtakarlıqda ittiham etmişdir.
Aprelin 7-də Kişinyovda baş vermiş qanun pozuntusu zamanı 270 nəfər xəsarət almışdır. Onların 170 nəfəri polis əməkdaşı olmuşdur. Bir nəfərin öldüyü qeyd edilir. Həmin şəxsin polisin tətbiq etdiyi qazdan boğulduğu güman olunur. Qanun pozuntusu  törətmiş 200 nəfərə yaxın nümayişçi həbs edilmişdir.
Moldova prezidenti etiraz aksiyasının təşkilində Rumıniyanın da iştirak etdiyini bildirmişdir. Bundan sonra  Rumıniyaya gediş-gəliş zamanı viza rejimindən istifadə olunması haqda sərəncam vermişdir.  Rumıniyanın Moldovadakı səfiri persona non - qrata elan edilmişdir.

Digər xəbərlər