PDF Oxu

Dünya

  • 15

Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifətçiləri ittiham edib

Gürcüstanın Daxili İşlər Nazirliyi müxalifətçiləri ittiham edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilir ki, aprelin 12-nə keçən gecə parlamentin binası önündəki meydanda baş vermiş insident zamanı quraşdırılmış səhnə və onun avadanlığı sındırılmışdır. Gürcüstan DİN rəsmiləri məsuliyyəti mitinqçilərin üzərinə yıxır.
Rəsmi bəyanatda deyilir ki, aprelin 11-də gecə 23.00-da xüsusi xidmət orqanı əməkdaşları parlament binası qarşısındakı meydanda təmizlik işləri aparmaq istəyirdilər. Mitinq təşkilatçıları bu məsələni Tbilisi meri ilə razılaşdırmışlar. Ancaq xüsusi xidmət əməkdaşları meydana yaxınlaşan kimi, nümayişçilər onlara sataşmağa başlamış və təhqir etmişdilər. Yaranmış qarşıdurma zamanı kompüter avadanlıqları, səs aparaturası sındırılmış və meydanda quraşdırılmış səhnə uçurulmuşdur.
Müxalifətçilər baş vermiş hadisəni təxribat kimi xarakterizə etmişlər. "Qruziya Online"nin məlumatına görə, bazar ertəsi Gürcüstan müxalifəti Tbilisinin Rustavi prospektinə aparan keçidlərini bağlamışlar. Müxalifət lideri Nino Burcanadzenin dediyinə görə, bu addım təxribatın qarşısını almaq üçün atılmışdır. Gürcüstanın mərkəzi meydanında mitinq aprelin 9-da başlamışdı. Ölkənin iri müxalifət partiyalarının nümayəndələri ölkə prezidenti Mixail Saakaşvilinin istefasını tələb edirlər.

Digər xəbərlər