PDF Oxu

Dünya

  • 11

Banqkok ordusu müxalifətçilərə atəş açmışdır

Banqkok ordusu müxalifətçilərə atəş açmışdır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 13-də müxalifətçilərin kütləvi mitinqlərini dağıtmaq üçün Banqkoka gətirilmiş ordu ilk anlardan silah işlətməli olmuşdur. M-16 ilə silahlanmış 100-dək əsgər on saniyəlik fasilərlə müxalifətçilərin üzərinə iki atəş açmışlar. Həmin vaxt müxalifətçilər avtobusu hərbçilərin üstünə sürmək istəyirdilər. Yaranmış qarşıdurmada 68 nəfər bədən xəsarəti almışdır. Onlardan iki nəfərinin vəziyyəti ağırdır.
Xatırladırıq ki, Tailandın keçmiş baş naziri Taksin Çinavat 2006-cı ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılararaq xaricə getmişdir. O, tərəfdarlarından tələb edir ki, yeni baş nazirin istefasını tələb etsinlər. O, həmkarları ilə telefon əlaqəsi saxlayır. T.Çinavati belə hesab edir ki, hazırda demokratiya uğrundan əsil mübarizə aparmağın vaxtıdır.
Tailand ordusu komandanlığı aprelin 12-də Banqkokda fövqəladə vəziyyət elan etmişdir. Yaralananlar arasında Tailandın baş naziri Apxisit Vetçaçiva və müavinin adı çəkilir.

Digər xəbərlər