PDF Oxu

Dünya

  • 11

Obama Konqresdən müharibə üçün 83 milyard dollar istəyib

Obama Konqresdən müharibə üçün 83 milyard dollar istəyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 10-da ABŞ prezidenti Barak Obama İraq və Əfqanıstanda hərbi və diplomatik əməliyyatlar keçirmək üçün Konqresdən əlavə 83,4 milyard dollar ayırmasını xahiş etmişdir. Bu vəsait 2009-cu ilin payızınadək iki xarici hərbi kampaniyanın maliyyələşməsinə kifayət edəcəkdir.
Əfqanıstan və İraq üçün nəzərdə tutulan pulların ayrılmayacağı təqdirdə, hərbi kampaniyaların ümumi məbləği bir trilyon dollara çatacaqdır. B.Obama sərhəd rayonlarında Əfqanıstan talibləri ilə hərbi əməliyyat keçirən Pakistan üçün Konqresdən 400 milyon dollar istəmişdir. O, Meksika narkoticarəti ilə mübarizə aparmaq və ABŞ-Meksika sərhədlərinin möhkəmləndirilməsi üçün əlavə 350 milyon dollar tələb etmişdir.
Corc Buş prezident postunda olarkən B.Obama onun Konqresdən tələb etdiyi əlavə vəsaitə öz etirazını bildirirdi. İndi isə B.Obamanın özü də C.Buş kimi müharibəyə kifayət qədər pul ayrılmasını tələb edir. Ağ Evin mətbuat katibi Robert Qibbsin dediyinə görə, pullar yayadək ayrılmasa, qanunvericilər büdcənin hazırlaşma planını başa çatdıracaqlar.

Digər xəbərlər