PDF Oxu

Dünya

  • 12

Tbilisidə müxalifət aktivistini əzişdiriblər

Tbilisidə müxalifət aktivistini əzişdiriblər
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 10-na keçən gecə Tbilisidə "Niyə?" müxalifətçi gənclər hərəkatının aktivisti İrakli Xuxuneişvilini döymüşlər. Rustaveli prospekti yaxınlığında naməlum şəxslər müxalifətçi gəncə yaxınlaşıb, rezin dəyənəklərlə döymüşlər. Nəticədə İ.Xuxuneişvili xəstəxanaya düşmüşdür. Gürcüstan ombudsmanın nümayəndələrinin dediklərinə görə, həmin gecə mitinqdən qayıdan bir qrup "Niyə?" hərəkatı üzvləri dayandırılaraq döyülmüşlər. "Trend" agentliyi məlumatın doğruluğunu təsdiq etmişdir.
Gürcüstan kütləvi informasiya vasitələrinin məlumatına görə, polis əməkdaşları Gürcüstanın keçmiş müdafiə naziri Qiya Karkaraşvilinin sürücüsünü döymüşlər. Məlum olduğu kimi, keçmiş müdafiə naziri 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan rəhbərliyini tənqid etmişdi. Aprelin 9-da Tbilisidə keçirilən mitinqdə Q.Karkaraşvili də iştirak etmişdir.
Aprelin 9-da Tbilisinin mərkəzi meydanlarından birində etiraz aksiyası keçirən müxalifət partiyalarının nümayəndələri ölkə prezidenti Mixail Saakaşvilinin istefasını tələb edirlər. Mitinqlərin keçirilməsini qanun pozuntusu hesab edən M.Saakaşvili istefaya çıxmayacağını bəyan etmişdir.
İlkin məlumatlara görə, Tbilisidə keçirilən mitinqlərdə 50-100 min nümayişçi iştirak etmişdir.

Digər xəbərlər