PDF Oxu

Dünya

  • 11

Moldova müxalifəti etiraz aksiyası keçirməyib

Moldova müxalifəti etiraz aksiyası keçirməyib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moldovanın müxalifət nümayəndələri aprelin 10-da təyin etdikləri mitinqə gəlməmişlər. Agentliyin məlumatına görə, həmin vaxt Kişinyovun mərkəzi meydanında 10-12 jurnalist və 1 polis əməkdaşı olmuşdur. Müxalifətçilərin mitinqdə iştirak etməmələrini "İnterfaks" agentliyi də təsdiq etmişdir. "Avropasayağı fəaliyyət" hərəkatının nümayəndəsi Vitaliya Pavliçenkonun dediyinə görə, aksiya təşkilatçıları mitinqin vaxtının dəyişdirilməsi haqda qərar qəbul etmişlər.
Şəhər meri "Avropasayağı fəaliyyət" hərəkatı fəallarına mitinq keçirməyə icazə vermişdir. Müxalifətçilər öz tələblərini irəli sürmək istəyirdilər. Onların fikrincə, respublika televiziyası Moldovada cərəyan edən siyasi hadisələri olduğu kimi işıqlandırır. Müxalifətçilər həm də aprelin 5-də Moldovada keçirilən parlament seçkilərinin nəticələrini tanımadıqlarını bildirirlər.
Moldovanın əksər müxalifət partiyaları aprelin 7-də baş vermiş qanun pozuntusundan sonra etiraz aksiyalarını dayandırmışlar. Onlar parlament binası və prezident iqamətgahının dağıdılmasında iştirak etmədiklərini bildirmişlər. Moldova prezidenti Vladimir Voronin, öz növbəsində, 7 aprel hadisələrini dövlət çevrilişi kimi qiymətləndirərək, müxalifət liderlərini ittiham etmişdir.

Digər xəbərlər