PDF Oxu

Dünya

  • 11

Gürcüstanda Burcanadzeyə məxsus partiyanın 60 fəalı həbs edilib

Gürcüstanda Burcanadzeyə məxsus partiyanın 60 fəalı həbs edilib
"Qruziya Online"nin məlumatına görə, aprelin 9-na keçən gecə Gürcüstanın Rustavi şəhərində "Vahid Gürcüstan Demokratik Hərəkatı" müxalifət partiyasının 60 nəfərə yaxın fəalı həbs edilmişdir. Xatırladırıq ki, bu partiya Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadzeyə məxsusdur və o, uzun müddətdir ki, prezident Mixail Saakaşvili ilə mübarizədə müxalifət cəbhəsinə keçmişdir.
Aprelin 9-da Gürcüstanın şərq hissəsində gənclərin kütləvi həbsləri başlanmışdır. M.Saakaşvili hökuməti müxalifətlə heç bir əlaqəsi olmayan gəncləri sonradan azadlığa buraxmışdır. Xatırladırıq ki, martın axırlarında hərəkatın 10 nəfərə yaxın nümayəndəsi qeyri-qanuni silah saxlamaqda şübhəli bilinib həbs edilmişdir.
Aprelin 9-da Gürcüstanın aparıcı müxalifət partiyaları kütləvi etiraz aksiyaları keçirərək M.Saakaşvilinin istefasını tələb etmişlər. Gürcüstan prezidenti isə, dəfələrlə qeyd etmişdir ki, tutduğu postu könüllü surətdə tərk etməyəcəkdir.

Digər xəbərlər