PDF Oxu

Dünya

  • 11

Zəlzələdən ölənlərin sayı 270 nəfəri keçib

Zəlzələdən ölənlərin sayı 270 nəfəri keçib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın mərkəzi əyalətlərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayının 272 nəfərə çatdığı məlum olmuşdur. Bu, aprelin 9-na olan məlumatdır.
Uçmuş binalarda xilasedici işləri yeni yeraltı təkanlardan sonra dayandırılmışdır. Təkrar zəlzələ aprelin 9-da günün ikinci yarısı müşahidə edilmişdir. Nəticədə Abrutstso regionunda daha bir neçə bina uçmuşdur. Son 24 saat ərzində xilasedicilər bir nəfər də olsun sağ adam tapa bilməmişlər. Bununla belə xilasedicilik işləri aprelin 12-nə kimi davam etdiriləcəkdir.
Aprelin 7-də İtaliyanın mərkəzi regionlarında 6,7 maqnituda gücündə zəlzələ baş vermişdi. Nəticədə Akvila şəhərində 10 minədək bina darmadağın edilmişdi. 17 min nəfər evsiz qalmışdı. İtaliyanın baş naziri Silvio Berluskoni ölkədə fövqalədə vəziyyət elan etmişdir. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən 30 milyon dollar ayrılmışdır. İlkin hesablamalara görə zəlzələ ölkəyə 1,5 milyard avro məbləğində zərər vurmuşdu.

Digər xəbərlər