PDF Oxu

Dünya

  • 5

Türkiyədə Obamanın həyatına qəsd etmək istəyən əlibıçaqlı adam tutulub

Türkiyədə Obamanın həyatına qəsd etmək istəyən əlibıçaqlı adam tutulub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İstanbulda ABŞ prezidenti Barak Obamanın həyatına edilə biləcək sui-qəsd aradan qaldırılmışdır. B.Obama Türkiyədə iki günlük səfərdə olarkən polis əlibıçaqlı bir nəfəri həbs etmişdir. Həmin şəxsin dediyinə görə, o, ABŞ prezidentini öldürmək niyyətində olmuşdur. B.Obama İstanbulda 5-7 apreldə rəsmi səfərdə olmuşdur. Əlibıçaqlı şəxs aprelin 5-də həbs edilmişdir. ABŞ xüsusi xidmət idarəsinin nümayəndəsi Ed Donovanın dediyinə görə, prezidentin həyatını təhdid edəcək hər hansı təhlükə baş verməmişdir. Həbs edilmiş şəxsin ruhi xəstə olduğu müəyyən edilib buraxılmışdır. Sorğu-sual zamanı həbs edilmiş şəxs üç köməkçisinin olduğunu bildirmişdir. Həmin gün "Əl-Kaidə" terrorçu qruplaşmasının üç üzvü həbs edilmişdir. Polis onların sui-qəsdə əlaqələrinin olub-olmamasını araşdırır.

Digər xəbərlər