PDF Oxu

Dünya

  • 16

Perunun keçmiş prezidenti 25 il azadlıqdan məhrum edilib

Perunun keçmiş prezidenti 25 il azadlıqdan məhrum edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, təşkil edilmiş xüsusi tribunal Perunun keçmiş prezidenti Alberto Fuximorini 25 il müddətində azadlıqdan məhrum etmişdir. Tribunal hökm çıxardıqdan sonra A.Fuximori şikayət ərizəsi ilə yuxarı instansiyaya müraciət edəcəyini bəyan etmişdir. Əvvəllər məhkəmə Perunun keçmiş prezidentini insan hüquqlarını pozmaqda suçlu bilmişdi.
2008-ci ilin noyabrında 70 yaşı tamam olan A.Fuximori Peru prezidenti postunu 1990-cı ilin iyulundan 2000-ci ilin noyabrınadək tutmuşdu. 1990-cı illərin əvvəllərində A.Fuximori ölkədə fəaliyyət göstərən sol inqilabi hərəkatın üzvlərinə qarşı sərt ölçülər götürmüşdür. Onlar qapalı hərbi məhkəmələrdə ittiham edilir və konsentrasiya düşərgələrində saxlanılırdılar.
Məhkəmə zamanı bir neçə epizod nümayiş etdirilmişdi. Xüsusi ordu dəstəsi tərəfindən Peru ətrafındakı Lima şəhərciyində 15 nəfər qətlə yetirilmişdir ki, aralarında bir 8 yaşlı uşaq da olmuşdur. Bundan başqa keçmiş prezident həm də bir jurnalist və bir biznesmenin oğurluğunda ittiham olunur.
A.Fuximorinin qızı Keykonun dediyinə görə, atası əleyhinə məhkəmə hökmünün çıxarılması onun 2011-ci il Peruda keçiriləcək prezident seçkisində qələbəsinə inamını daha da artırmışdır. Keykonun dediyinə görə, prezident seçkilərində qalib gələcəyi təqdirdə, atasını əfv edəcəkdir.

Digər xəbərlər