PDF Oxu

Dünya

  • 7

Zəlzələdən ölənlərin sayı 236 nəfərə çatıb

Zəlzələdən ölənlərin sayı 236 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İtaliyanın Akvila şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 236 nəfərə çatmışdır. Xilasedicilər bir neçə nəfəri uçqun altından xilas etməyə nail olmuşlar. 42 saat ərzində uçmuş binaların altında qalmış 98 yaşlı qadını və kiçik yaşlı bir qız xilas edilmişdir. Aprelin 6-da maqnituda gücü 6,7 bal olan ilk zəlzələdən sonra, aprelin 7-də bir neçə yeni yeraltı təkan qeydə alınmışdır. 1500 nəfərədək adam təbii fəlakətdən zərər çəkmiş, 17 min nəfər evsiz qalmışdır. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 7 min nəfərə yaxın operativ xidmət əməkdaşı, polis və hərbçi işləməkdədir. Hökumət ilkin xərc kimi 130 milyon avro ayırmışdır. Xarici ölkələrdən İtaliyaya humanitar yardımlar göndərilməkdədir.

Digər xəbərlər