PDF Oxu

Dünya

  • 12

Rusiya İsraildən 50 milyon dollar dəyərində pilotsuz təyyarələr alacaq

Rusiya İsraildən 50 milyon dollar dəyərində pilotsuz təyyarələr alacaq
Aprelin 7-də "Kommersant" qəzetinin yazdığına görə, Rusiya öz silahlı qüvvələri üçün İsraildən 50 milyon dollar məbləğində pilotsuz təyyarələr alacaqdır. Qəzetin yazdığına görə, pulun yarısı İsrail kompaniyalarına ödənilmişdir. Rusiyanın Müdafiə Nazirliyi İsrailin "İsrael Aerospace İndistries" dövlət kompaniyasının istehsal etdiyi üç yaxın və uzaq radiuslu qurğu alacaqdır. Birinci uçan aparatın çəkisi 5 kiloqram, təsir radiusu isə 10 kilometrdir. İkinci qurğunun çəkisi 160 kiloqram, təsir radiusu 100 kilometrə bərabədir. Üçüncü qurğunun çəkisi 426 kiloqram, təsir radiusu isə 250 kilometrdir. Rusiya öz ordusu üçün 100 bu cür pilotsuz təyyarə almaq niyyətindədir.

Digər xəbərlər