PDF Oxu

Dünya

  • 6

Fransada 11 NATO əleyhdarı həbs olunub

Fransada 11 NATO əleyhdarı həbs olunub
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 6-da yaydığı məlumata görə, Fransa məhkəməsi Strasburq şəhərində NATO əleyhinə nümayişlər keçirənlərin 11 nəfərinə 3 aydan 6 ayadək azadlıqdan məhrumetmə cəzası vermişdir.
İttiham hökmü yeddi fransız, üç alman və bir macara münasibətdə tətbiq edilmişdir. Mühakimə edilənlərdən iki nəfəri Almaniya vətəndaşı olmuşdur. Onların hər birinə altı ay müddətinə azadlıqdan məhurmetmə cəzası verilmişdir. Almaniya vətəndaşları "prosesin siyasi motivli" olduğunu bildirərək, aclıq elan edəcəklərini bəyan etmişlər. Xatırladırıq ki, məhkəmə prosesi qapalı rejimdə keçirilmişdir. Açıq keçirilən məhkəmə zamanı zaldakı şəxslər ittiham hökmü oxuyanları faşist adlandırdıqları üçün hakim kənar şəxsləri zaldan çıxarmalı olmuşdur.
Xatırladırıq ki, 2-5 aprel arasında NATO-ya üzv ölkələrin Strasburqda keçirdikləri sammit ərəfəsində antiqlobalistlərlə polis arasında kütləvi toqquşma baş vermişdir. Qanun pozuntusu zamanı nümayişçilər sammitin keçirildiyi "İbis" mehmanxanasını yandırmışlar. Ətrafdakı mağazalara, ofis binalarına və apteklərə xeyli zərər vurulmuşdur. Nümayişçilər polisin üzərinə daş və içərisində yanar maddə olan şüşə qablar atmışlar. Polis cavab olaraq nümayişçiləri gözyaşardıcı qaz vasitəsi ilə qovmuşdur.
Polisin məlumatına görə, nümayişdə on min nəfərə yaxın adam iştirak edirdi. Təşkilatçılar isə nümayişçilərin sayının 30 min nəfər olduğunu bildirirlər. Polis 300 nəfərə yaxın nümayişçini həbs etmişdir.

Digər xəbərlər