PDF Oxu

Dünya

  • 10

Obama İranı nəzarət altına alacağını vəd edib

Obama İranı nəzarət altına alacağını vəd edib
ABŞ prezidenti Barak Obama belə bir bəyanat vermişdi ki, ABŞ-a "İran təhlükəsini" dəf etməyin mümkünlüyü təqdirində, Amerika raketdən müdafiə əleyhinə qurğuların Avropa ərazisində yerləşdirilməsinə heç bir lüzum qalmayacaqdır. B.Obama bu bəyanatını Praqdakı çıxışı zamanı bildirmişdi.
ABŞ prezidenti İranın nüvə proqramı haqda şərh verərkən, demişdir ki, hər bir ölkə yanacaq əldə etmək üçün xüsusi proqram işləyib hazırlaya bilər, ancaq həmin proqram beynəlxalq ictimaiyyətin ciddi nəzarəti altında gerçəkləşməlidir. B.Obamanın fikrincə, əks təqdirdə, İran beynəlxalq izolyasiya ilə üzləşə bilər.
ABŞ prezidenti "Əl -Kaidə" terrorçu təşkilatın nüvə silahı əldə etmək arzusunda olduğunu bildirmişdir: "Nüvə silahının məhz harada - Nyu-Yorkda, Moskvada, İslamabadda, Mumbayda, Tokioda, Tel-Əvivdə, Parisdə və ya Praqda tətbiq edilməsinin fərqi yoxdur. Nəticədə həmin silah yüz minlərin ölümünə səbəb olardı."
B.Obama bütün dünya dövlətlərini nüvə təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməyə çağırmışdır. ABŞ prezidenti nüvə silahının azaldılması sahəsində Rusiya ilə əməkdaşlığı genişləndirməyi də nəzərdə tutduğunu bildirmişdir. Onun dediyinə görə, ilin axırlarına yaxın Rusiya ilə bu sahədə razılaşma əldə ediləcəkdir.

Digər xəbərlər