PDF Oxu

Dünya

  • 8

BMT TŞ Şimali Koreya raketi barədə məsləhətləşməni davam etdirəcək

BMT TŞ Şimali Koreya raketi barədə məsləhətləşməni davam etdirəcək
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın kosmosa buraxdığı süni peyklə əlaqədar keçirdiyi fövqalədə məsləhətləşmədə ümumi rəyə gələ bilmədiyi üçün həmin məsələnin müzakirəsini davam etdirəcəyini bəyan etmişdir. Bu məsələ ətrafında üç saatlıq məsləhətləşmə aparıldığı haqda Meksikanın BMT-dəki daimi nümayəndəsi və Təhlükəsizlik Şurasının sədri Klod Eller məlumat vermişdir. Onun dediyinə görə, TŞ üzvləri, hələlik, heç bir sənəd qəbul etməmiş və ciddi ölçü götürülməsini məsləhət bilməmişlər.
Şimali Koreya məsələsinin növbəti müzakirəsi BMT TŞ-nin daimi üzvlərinin - Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çinin və həm də Yaponiya nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.
Aprelin 5-də səhər Cənubi Koreya və Yaponiya hökuməti Şimali Koreya ərazisindən kosmosa raket buraxılması haqda məlumat vermişdir. Bir neçə saat sonra rəsmi Pxenyan Şimali Koreyanın kosmosa "Inxa-2" raketinin buraxılışını başa çatdırdığını bildirmişdi. Süni peyki kosmosa "Kvanmenson-2" raketdaşıyıcısı çıxarmışdır.

Digər xəbərlər