PDF Oxu

Dünya

  • 10

İraqda qan tökülür

İraqda qan tökülür
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bağdadın mərkəzi küçələrindən birində baş vermiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 39 nəfər yaralanmışdır. Aprelin 6-da səhər işə düşən partlayıcı qurğu dayanacaqda saxlanılmış  avtomobillərdən birinə bərkidilmişdi. "Röyter"in məlumatına görə, partlayış baş verən anda avtomobilin yaxınlığında bir qrup inşaatçı olmuşdur.
Yerli polis əməkdaşlarının məlumatına görə, yaxın vaxtlarda həlak olanların sayının daha çox olduğu məlum olacaqdır. "Röyter"in məlumatına görə, 2009-cu ilin əvvəllərindən terrorçuluq aktlarının azalmasına baxmayaraq, genişmiqyaslı terror aktlarının keçirilməsi təhlükəsi hələ də səngiməmişdir.
Son güclü partlayış Bağdadın şimalında martın 26-da törədilmişdir. O vaxtda partlayıcı qurğu avtomobilə bərkidilmişdi. Nəticədə ölənlərin sayı 20 nəfərə çatmışdı. Martın 10-da Bağdadın şəhərkənarı bazarlarının birində kamikadzeninin özünü partlatması nəticəsində 33 nəfər həlak olmuşdur.

Digər xəbərlər