PDF Oxu

Dünya

  • 15

Praqada Obamanın səfəri ilə əlaqədar mitinqlər qadağan edilib

Praqada Obamanın səfəri ilə əlaqədar mitinqlər qadağan edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Praqanın hakimiyyət dairələri ABŞ prezidenti Barak Obamanın Çexiyaya səfəri ilə əlaqədar aprelin 5-də nümayiş keçirməyi qadağan etmişlər. Ancaq mitinq təşkilatçıları Çexiya ərazisində raketdən müdafiə sistemi əleyhinə qurğuların inşa edilməsi əleyhinə mitinq keçirəcəklərinə söz vermişlər.
Təşkilatçılar mitinqi Vatslav meydanında keçirməyi planlaşdırmışlar. Nümayişçilər oradan Obamanın çexiyalı həmkarları ilə görüşəcəkləri binaya doğru kurs götürəcəklər.
2008-ci ildə ABŞ və Çexiya rəsmləri Şərqi Avropa ölkələri ərazisində Amerikanın radar qurğularını yerləşdirmək haqda qarşılıqlı razılıq əldə etmişlər. Keçirilmiş rəy sorğusunun nəticəsinə görə, əhalinin 70 faizə yaxını ABŞ RMƏ qurğularının yerləşdirilməsi əleyhinədir.

Digər xəbərlər