PDF Oxu

Dünya

  • 5

Strasburqda 300 nəfərə yaxın NATO əleyhdarı həbs edilib

Strasburqda 300 nəfərə yaxın NATO əleyhdarı həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa polisi aprelin 3-də NATO sammitinin açılışı ərəfəsində 300 nəfər nümayiş iştirakçısını həbs etmişdir. Bir gün əvvəl başlamış NATO əleyhinə nümayiş asayiş keşikçiləri ilə qarşıdurma həddinə çatdıqdan sonra, polis həbslərə başlamışdır. 2000 nəfərə yaxın nümayişçinin dəf etmək məqsədilə polis gözyaşardıcı qaz tətbiq etməyə başlamışdır.
Aprelin 2-də etiraz aksiyası iştirakçıları Strasburqun mərkəzində zibil qutularına od vurmuş və polad döyənəklərlə avtobusları və avtomobilləri sındırmağa başlamışlar. Polis nümayişçiləri şəhər kənarındakı düşərgələrinə qaytara bilmişdir. Agentliyin məlumatına görə, toqquşma zamanı alman "DPP" agentliyinin fotoqrafı xəsarət almışdır.
NATO-nun yubiley sammiti 3-4 apreldə Strasburqda, eləcə də, alman şəhərləri Kel və Baden-Badendə keçirilmişdir. Sammitdə yaxınlarda alyansa qoşulmuş Xorvatiya və Albaniya da daxil olmaqla 28 NATO-ya üzv ölkə iştirak etmişdir. Sammitdə, əsasən, alyansın yeni strateji konsepsiyası və NATO-nun hərbi əməliyyatları müzakirə mövzusu olmuşdur.
Fransada sammitin təhlükəsizliyini 25 min polis təmin edir. Polis ehtiyat edir ki, Strasburqda etiraz aksiyalarına qoşulanların sayı bir neçə on min nəfəri ötüb keçsin.

Digər xəbərlər