PDF Oxu

Dünya

  • 5

Ukrayna Əfqanıstanla bağlı NATO-ya kömək edəcək

Ukrayna Əfqanıstanla bağlı NATO-ya kömək edəcək
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna və NATO rəsmləri Əfqanıstana ötürüləcək qeyri-hərbi yüklərin bu ölkə ərazisindən maneəsiz keçməsi haqda razılıq əldə etmişlər. Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müqavilə aprelin 2-də NATO-nun Brüsseldəki mənzil-qərargahında imzalanmışdır. Sənədə NATO-nun baş katibi Yaap de Hoop Sxeffer və Ukraynanın NATO-dakı missiyasının başçısı İqor Saqaç imza atmışlar. Əvvəllər NATO-nun Əfqanıstana göndərdiyi qeyri-hərbi yüklərin tranziti Rusiya ərazisindən keçirdi. ABŞ rəsmləri Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistan ərazisi vasitəsi ilə də qeyri-hərbi yüklərini Əfqanıstana keçirirlər.

Digər xəbərlər