PDF Oxu

Dünya

  • 11

Malayziyanın baş naziri istefaya çıxıb

Malayziyanın baş naziri istefaya çıxıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 2-də səhər Malayziyanın baş naziri Abdulla Əhməd Bədəvi istefaya çıxması haqda təklifi qəbul etmişdir. Adının naməlum qalmasını istəyən yüksək vəzifəli Malayziya məmuru ölkə kralının Bədəvinin istefasını qəbul etdiyini bildirmişdir. Malayziyanın yeni baş naziri Bədəvinin Nazirlər Kabinetində baş nazirin müavini postunu tutan Nəcib Razak olacaqdır. N.Razakın aprelin 3-də andiçmə mərasiminin keçiriləcəyi gözlənilir. Bir müddət əvvəl Razak Bədəvini kifayət qədər nüfuzlu siyasi partiya olan Vahid Malay Milli Təşkilatının prezidenti postunda əvəz etmişdir. Bədəvi Malayziyanın baş naziri postunu 2003-cü ildə tutmuşdur. 2008-ci ilin martında keçirilmiş növbədənkənar parlament seçkilərində iqtidarda olan koalisiya, ötən 39 ildə ilk dəfə olaraq, parlamentin üçdə iki hissəsində yer qazana bilməmişdir. O vaxt Bədəvi istefaya çıxmayacağını bəyan etmişdi.

Digər xəbərlər