PDF Oxu

Dünya

  • 12

Türkiyə və Bolqarıstana axan Rusiya qazı bərpa edilib

Türkiyə və Bolqarıstana axan Rusiya qazı bərpa edilib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya qaz xəttinin Moldava ərazisindən keçərək Türkiyə, Bolqarıstan və Makedoniyaya ixracı yenidən bərpa edilmişdir. "Moldovaqaz" kompaniyasının baş direktoru Aleksandr Qusev məlumatın doğruluğunu təsdiq etmişdir. Onun dediyinə görə, qazın kəsilməsinin səbəbi Tiraspol yaxınlığında baş vermiş partlayış nəticəsində qaz xəttində nazaslıq yaranmışdı və hazırda Moldava və Pridnestrovye mütəxəssisləri tərəfindən bərpa edilməkdədir. Bərpa işləri üç gün çəkəcəkdir.
Qəza aprelin 1-də baş vermişdir. Baş vermiş partlayışın səbəbi müəyyənləşdirilməmişdir. Təminat müddəti 40 il olan qaz xətti 22 ildir ki, istismara verilmişdir. Rusiya qazı bu boru xətti vasitəsilə Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə və Makedoniyaya ötürülür.

Digər xəbərlər