PDF Oxu

Dünya

  • 9

Regionlar Partiyası Ali Radanı blokadaya alıb

Regionlar Partiyası Ali Radanı blokadaya alıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 2-də səhər Ukrayna Ali Radasının Regionlar Partiyasını təmsil edən deputatlar tribuna ətrafında sədd qurmuşlar. Agentlik xəbər verir ki, onlar stullar vasitəsi ilə idarə heyətinin girişini bağlamışlar. Regionçular hökumətin istefasını tələb edirlər. İdarə heyətinin stolunun üzərinə  "Böhrana stop! Hökumətə istefa!" şüarı yazılmış plakat qoyulmuşdur.
Ali Rada tribunalarında əllərində meqafonlar olan deputatlar dayanmışdır. Onlar tez-tez bu ifadələri səsləndirirlər: "Hakimiyyəti dəyişək, böhranı dayandıraq!" Regionlar Partiyasının Ali Rada fraksiyasının başçısının müavini Vasili Kiselyovun dediyinə görə, aksiyanın başlıca məqsədi hökuməti antiböhran proqramını bərpa etməyə məcbur etməkdir. "Nə qədər ki, bu proqram bərpa edilməmişdir, ölkə uçuruma doğru yuvarlanacaqdır. Belə çıxır ki, hökumət tam heyətdə istefaya getməlidir" deyə V.Kiselyov bildirmişdir.

Digər xəbərlər