PDF Oxu

Dünya

  • 9

Vaşinqton Əfqanıstan seçkilərinə 40 milyon dollar ianə verəcək

Vaşinqton Əfqanıstan seçkilərinə 40 milyon dollar ianə verəcək
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ Əfqanıstandakı prezident seçkilərinə 40 milyon dollar məbləğində maliyyə yardımı ayıracaqdır. ABŞ-ın dövlət katibi Hillari Klinton bununla əlaqədar demişdir ki, Əfqanıstanda avqustda keçiriləcək prezident seçkiləri zamanı Vaşinqton seçkilərin legitimliyini təmin edərək, hər hansı bir namizədi dəstəkləməyəcəkdir.
H.Klintonun bəyanatı martın 31-də Niderlandda BMT-nin bayrağı altında keçirilən Əfqanıstan məsələsinə dair beynəlxalq konfrans ərəfəsində səslənmişdir. ABŞ-ın göndərdiyi vəsait seçkilərin gedişi üçün azlıq edəcəkdir. Hazırda BMT Əfqanıstan seçkiləri üçün 100 milyon dollara yaxın pul yığmağa nail olmuşdur. ABŞ-ın göndərəcəyi yardım da bu məbləğə daxildir.
ABŞ prezidenti Barak Obama Əfqanıstana və Pakistana münasibətdə yeni strategiya ilə çıxış edəcəyini bəyan etmişdir. Qərara alınmışdır ki, Əfqanıstanda ABŞ hərbi kontingentinin sayı artırılaraq 4 min nəfərə çatdırılsın. Hazırda Əfqanıstanda 17 min NATO hərbi qulluqçusu fəaliyyət göstərir.
Əfqanıstanda prezident seçkiləri martda keçiriləcəkdi. Ancaq "Taliban" hərəkatının təhdidləri seçkilərin avqusta keçirilməsinə səbəb olmuşdur.

Digər xəbərlər