PDF Oxu

Dünya

  • 9

Taliblər Vaşinqtonda terror aktı törədəcəkləri ilə hədələyiblər

Taliblər Vaşinqtonda terror aktı törədəcəkləri ilə hədələyiblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" Pakistan hərəkatının lideri Baytullah Məhsud Vaşinqtonda terror aktları törədəcəyi ilə hədələmişdir. Agentliyin müxbiri ilə telefon əlaqəsi zamanı B.Məhsud bütün dünyanı heyrətə salaraq, taliblərin hücum obyektlərini, hətta Ağ Evə çevirmək qüdrətində olduqlarını bildirmişdir. Bir müddət əvvəl "Taliban" Pakistan hərəkatı martın 30-da Loharda polis akademiyasında törədilən terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Məlum olduğu kimi, həmin hadisə zamanı 12 nəfər həlak olmuş, 100 nəfərə yaxın adam yaralanmışdır.
B.Məhsudu həm də 2007-ci ilin dekabrında Əfqanıstanın keçmiş baş naziri Bənəzir Bhuttonun qətlinin təşkilatçısı kimi tanıyırlar. ABŞ B.Məhsudun başı üçün 5 min dollar məbləğində mükafat ayırmışdır. FTB belə hesab edir ki, B.Məhsudun ABŞ-da terror aktı keçirəcəyi haqda bəyanatlar real əsaslara malik deyildir. Onların dediklərinə görə, bu şəxs əvvəl Avropanı təhdid etsə də, indiyədək, bölgənin heç bir yerində terror aktı baş verməmişdir. FTB-də əmindirlər ki, B.Məhsud beynəlxalq terrorçuluq şəbəkəsi yaratmağa müvəffəq olmamışdır.

Digər xəbərlər