PDF Oxu

Dünya

  • 9

Yuşşenko Radanın adını dəyişdirməyi və Konstitusiyanı yenidən yazmağı təklif edib

Yuşşenko Radanın adını dəyişdirməyi və Konstitusiyanı yenidən yazmağı təklif edib
"Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radada deputatlar önündə illik hesabat çıxışı zamanı ölkədə Konstitusiya islahatı aparmağı təklif etmişdir. Onun fikrincə, parlament ikipalatalı olmalı və "Milli Məclis" adlandırılmalıdır. Prezident təklif etmişdir ki, parlamentin Aşağı Palatası proporsional prinsip əsasında seçilsin və siyasi qüvvələri təmsil etsin. V.Yuşşenkonun fikrincə, parlamentin Yuxarı Palatası majoritar sistemlə seçilməli və regionların maraqlarını müdafiə etməlidir. Ukrayna prezidenti ölkənin daxili və xarici siyasətinə məsuliyyəti hökumətin daşıdığını bildirmişdir. "Hakimiyyətdə dualizm aradan qaldırılmalıdır" - deyə V.Yuşşenko vurğulamışdır.
Ukrayna prezidenti belə hesab edir ki, prezident ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatçısı olmaqla yanaşı, həm də insan hüquq və azadlıqlarının qarantı olmalıdır. Onun fikrincə, dövlət başçısı ümumxalq seçkiləri zamanı ölkə vətəndaşları tərəfindən seçilməlidir. Yerli idarəedici sistem məsələsinə toxunarkən, V.Yuşşenko bildirmişdir ki, onun bünövrəsini hakimiyyət nümayəndələrini seçən icmalar təşkil etməlidir.

Digər xəbərlər