PDF Oxu

Dünya

  • 6

Böyük Britaniya öz ordusunu İraqdan çıxaracaq

Böyük Britaniya öz ordusunu İraqdan çıxaracaq
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya martın 31-də rəsmi surətdə öz hərbi kontingentini İraq ərazisindən çıxarmaq proseduruna başlamışdır. Bu haqda Britaniya general-mayoru Andri Selmon İraqın cənubunda dislokasiya olunmuş beynəlxalq hərbi kontingentin komandanı ABŞ generalı Maykl Oetsa məlumat vermişdir. Britaniya qoşunlarının 4 min nəfərlik hərbi kontingenti mayın 31-də İraq ərazisini tərk edəcəkdir. Qalan 400-ə yaxın hərbi qulluqçu İraq əsgər və dənizçilərinə təlim keçəcəkdir.
Qeyd edək ki, Böyük Britaniya ABŞ-la birlikdə 2003-cü ildən İraqda hərbi kampaniya aparmaqdadır. Britaniya qoşunları, əsasən, Bəsrə əyalətində və əyalətin paytaxtı Bəsrə şəhərində mövqe tutmuşlar. 2007-ci ilin sentyabrında Britaniyanın İraqdakı komandanlığı Bəsrənin nəzarətini İraqın təhlükəsizlik qüvvələrinə təhvil verib, şəhər yaxınlığındakı aeroportda möhkəmlənmişdir.
Britaniya qoşunlarının İraq hərbi kampaniyasındakı iştirakı ölkənin ictimai dairələrində narahatlıq yaratmışdır. Bununla əlaqədar Londonda dəfələrlə keçirilmiş etiraz aksiyalarında İraqdakı hərbi əməliyyatların dayandırılması tələb edilmişdir. İraq müharibəsi ölkənin baş naziri Toni Bleyerin populyarlığını kölgə altına almış və o, nəticədə istefaya çıxmağa məcbur olmuşdur. 2007-ci ildə baş nazir postuna seçilmiş Qordon Braun Britaniya hərbi kontingentini İraqdan çıxaracağına söz vermişdir.

Digər xəbərlər