PDF Oxu

Dünya

  • 14

Taliblər Loharda törədilmiş terror aktının məsuliyyətini öz üzərlərinə götürüblər

Taliblər Loharda törədilmiş terror aktının məsuliyyətini öz üzərlərinə götürüblər
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistan taliblərinin lideri Baytulla Məsud martın 30-da Lohar yaxınlığındakı polis akademiyasına hücumu təşkil etdiyini etiraf etmişdir. Onun dediyinə görə, terror aktı ABŞ aviasiyasının Pakistan ərazisini bombalamasına cavab olmuşdur.
B.Məsud ABŞ-ı dəstəkləyən Pakistan hökumətini kəskin tənqid etmişdir. Taliblərin lideri silahdaşlarının son günlərdə keçirdikləri daha iki terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür. Onun dediyinə görə, Pakistan hökuməti ABŞ hökumətini dəstəkləməkdən imtina etməyincə, terror aktları davam etdiriləcəkdir.
Polis akademiyasına hücum səhər məşqləri zamanı baş vermişdir. Akademiyanın 800 nəfər müdavimindən binada qalmış 35 nəfər terrorçuların girovuna çevrilmişdir. Yerli polisin məlumatına görə, silahlıların bir çoxu polis forması geymişdir. Hücum zamanı 10 nəfər həlak olmuş, 95 nəfər yaralanmışdır. Banditlərin məhv edilməsi üçün hazırlanmış xüsusi əməliyyat səkkiz saat davam etmişdir.
Rəsmi məlumata görə, atışma zamanı silahlıların səkkiz nəfəri məhv edilmiş, dörd nəfəri ələ keçmişdir. Pakistanın daxili işlər naziri Rəhman Malik demişdir ki, "Taliban" döyüşçüləri bəzi xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən dəstəklənir. Onun fikrincə, həmin ölkələr Pakistanın ərazi bütövlüyünü təhlükə altına almaq məqsədi güdür.

Digər xəbərlər