PDF Oxu

Dünya

  • 9

Fransa prezidenti iyirmiliyin sammitini tərk edəcəyi ilə hədələyib

Fransa prezidenti iyirmiliyin sammitini tərk edəcəyi ilə hədələyib
"Le Fiqaro" qəzetinin yazdığına görə, Fransa prezidenti Nikolya Sarkozi dünya maliyyə böhranının aradan qaldırılması haqqında hər hansı bir konkret qərarın qəbul edilməyəcəyi təqdirdə, "Böyük iyirmiliy"in sammitini tərk edəcəyini bildirmişdir.  "London sammitində hər hansı bir irəliləyişin əldə edilməyəcəyi təqdirdə, mən çıxıb gedəcəyəm" deyə Fransa prezidenti  fikrini möhkəmləndirmişdir.
Yelisey sarayının baş katibi və makroiqtisadiyyat üzrə ekspert Kzavyo Muska, öz növbəsində, Fransanın iyirmiliyin uğursuz saxta deklarasiyalarından narahatlıq keçirdiyini bildirmişdir. N.Sarkozi maliyyə bazarlarının nizamlanmasında daha sərt metodların tətbiqinin tərəfdarıdır. Onun fikrincə,  xüsusi beynəlxalq nəzarət orqanının yaradılması böyük fayda vermiş olardı.  Bundan başqa N.Sarkozi həm də offşor zonaların hamısının siyahılarının hazırlanmasını tələb edir.
"Böyük iyirmiliy"in aprelin 2-də Lodonda keçiriləcəyi nəzərdə tutulan sammitində dünya iqtisadi böhranından çıxmağın yolları araşdırılacaqdır. Sammit ərəfəsində iştirakçı ölkə nümayəndələrinin irəli sürdükləri bəzi təkliflər ciddi mübahisələrə səbəb olmuşdur.
Rusiya və Çin nümayəndələri belə bir təklif irəli sürmüşlər ki, ya dolları əvəz edəcək yeni ehtiyat valyutası tətbiq edilsin, ya da Beynəlxalq Valyuta Fondu tərəfindən buraxılan xüsusi borc və kreditlərdən geniş surətdə istifadə edilsin. ABŞ və Böyük Britaniya bu təklifi qəbul etmək istəmir.

Digər xəbərlər