PDF Oxu

Dünya

  • 9

Türkiyədə hakim partiya qalib gəlib

Türkiyədə hakim partiya qalib gəlib
"Assoşieyted Press" informasiya agentliyinin martın 30-da yaydığı məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iqtidarda olan Ədalət və İnkişaf Partiyası yerli orqanlara seçkilərdə 39,1 faiz seçici səsi qazanaraq qalib gəlmişdir.
Martın 29-da  keçirilmiş seçkilərdə ikinci yeri 23 faiz səs toplayan Respublika Xalq Partiyası, üçüncü yeri 16,2 faiz seçici səsi qazanmış Milli Fəaliyyət Partiyası tutmuşdur.
R.T.Ərdoğan seçkinin nəticələrindən razı qalmadığını bildirmişdir. "Biz xalq elçiləri olduğumuz üçün seçkinin gedişindən nəticə çıxaracağıq" deyən Ərdoğan yaxın vaxtlarda hökumətə dəyişikliklər ediləcəyini vurğulamışdır. AKP-nin uğur qazanmasına baxmayaraq, 2007-ci il parlament seçkilərinə nisbətən, daha az səs qazanmışdır. AKP 2007-ci il parlament  seçkilərində 47 faiz səs qazanmışdı.
Ərdoğanın təmsilçisi olduğu partiya İstanbul və Ankarada daha çox səs toplamışdır. Ancaq AKP Antaliya, İzmir və əhalisinin əksəriyyətini kürdlər təşkil edən Diyarbəkir şəhərində uğursuzluqla üzləşmişdir.
Bələdiyyələrə seçkilər zamanı Türkiyənin müxtəlif bölgələrində kütləvi qanun pozuntusu baş vermişdir. Polislə toqquşma zamanı ən azı altı nəfər həlak olmuş, 100 nəfərə yaxın nümayişçi yaralanmışdır. Xəsarət alanlar içərisində seçicilərlə yanaşı, seçki kampaniyalarında iştirak edən namizədlər də olmuşdur. Manis əyalətində seçki zamanı uduzan namizəd qalibi güllələmişdir. Qars əyalətində seçkidə iştirak edən kənd ağsaqallarından birisinin evi güləbaran edilmişdir. Nəticədə namizəd öldürülmüş, altı nəfər yaralanmışdır.

Digər xəbərlər